Xəbər lenti

Dalay Lama 130 ildən çox yaşayacağına ümid edir
Dünya 17:00 05.07.2025

Dalay Lama 130 ildən çox yaşayacağına ümid edir

Tibet buddistlərinin Dalay Lama 130 ildən çox yaşamağı ümid etdiyini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə o, Hindistanın şimalındakı Dharamsala şəhərində öz ardıcıllarına müraciətində danışıb. Məlumatı "Reuters" agentliyi yayıb.

"Mən indiyədək Budda dharmasına uğurla xidmət edə bilmişəm. Buna baxmayaraq, 130 ildən artıq yaşamağı hələ də ümid edirəm", deyə ruhani bildirib.

Qeyd edək ki, sabah Dalay Lama 90 yaşını qeyd edəcək. 1959-cu ildən bəri o, sürgündə yaşayır. Çin hökuməti onu separatçı hesab edir və 1980-ci və 2008-ci illərdə Tibetdə baş verən iğtişaşları qızışdırmaqda günahlandırır. Tibet buddizminin inancına əsasən, Dalay Lama reinkarnasiyaya məruz qalır və o, dəfələrlə bu il öz varislik qaydasını müəyyən etməyi planlaşdırdığını bəyan edib.

Qeyd edək ki, ötən il o, diz oynağının əvəzlənməsi əməliyyatı keçirib və bu nahiyədəki narahatlıqdan qurtulub. Dalay Lama sağlamlığına görə qayğı göstərən və dua edən hər kəsə təşəkkür edib, eyni zamanda onun vəziyyəti və xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayıla biləcək təxribat xarakterli xəbərlərə inanmamağa çağırıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->