Xəbər lenti

Azərbaycanın Əməkdar artistini Türkiyədə öldürmək istəyən həkim həbs edilə bilərmi? - Vəkil
Video 16:22 08.07.2025

Azərbaycanın Əməkdar artistini Türkiyədə öldürmək istəyən həkim həbs edilə bilərmi? - Vəkil

Türkiyədə əməkdar artist Gülüstan Əliyevanın səs tellərinin əməliyyatı zamanı ona həyati təhlükə yaradan erməni anestezioloq cinayət məsuliyyətinə cəlb oluna bilər.

Bu barədə Qaynarinfo-ya vəkil Səməd Vəkilov olayı şərh edərkən deyib. 

Vəkil baş verən hadisənin yenidən araşdırılmasının mümkünlüyünü qeyd edib: 

"Hadisə Türkiyədə olub. Gülüstan Əliyevanın cərrahiyyə əməliyyatı zamanı erməni anestezioloqun məsələlərə müdaxiləsi olubsa, bu Türk Cəza Qanunu ilə cinayət əməlinin tərkibini yaradır. Qəsdən adam öldürməyə cəhd etmək cəzalandırılmalı olan əməldir. Lakin hadisə Türkiyədə baş verdiyiniə görə, Türkiyə qanunvericiliyi ilə onun barəsində istintaq aparılmalıdır. Əgər hadisə sübuta yetirilərsə, o halda Türkiyə cəza qanunu ilə də cəzalandırılmalıdır".

Səməd Vəkilovun sözlərinə görə, müsahibə mətbuatda dərc olunduğundan, Azərbaycan Respublikasının Baş Prokurorluğunun da bu fakt üzrə cinayət işi başlamasına ixtiyarı var:

"Bu barədə Türkiyənin prokurorluq orqanlarına məlumat verə bilərlər. Bu, daha doğru olar. Bundan əlavə, cərrahi əməliyyat aparan baş həkimin, həm anestezioloqun və digər həkimlərin də əmək funksiyası həmin cərrahi əməliyyat üzrə vəzifə öhdəlikləri və başqa hansısa pozuntulara yol verilibsə, bunlar da araşdırılmalıdır".

Əməkdar artist Gülüstan Əliyeva efirdə veridiyi açıqlamada deyib ki, Türkiyədə milliyyətcə erməni olan anestezioloq qadın onu öldürmək istəyib:

"Səs telimdə problem yaranmışdı. İstanbula əməliyyata getdim. Həkimim də mənimlə getdi. Anestezioloq düşmənlərimizdən imiş. İlk görəndə ondan gözüm su içmədi. Əməliyyat zamanı ağıza nəfəsi tənzimləyən boru qoyurlar. Bu da götürüb bunu deşib. Məni qanaxma tutub və boğulmağa başlamışam. Görüblər ki, aparatlar dayanıb, vəziyyətim pisləşib. Əməliyyatı dayandırıblar, neçə saat gözləyib və təzədən başlayıblar".


Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->