Xəbər lenti

Azərbaycanın axtarışında olan cinayətkarlar Türkiyədə saxlanıldı - Əməliyyat görüntüləri
Video 11:49 31.08.2024

Azərbaycanın axtarışında olan cinayətkarlar Türkiyədə saxlanıldı - Əməliyyat görüntüləri

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya X sosial şəbəkəsindəki səhifəsində Azərbaycan da daxil olmaqla, İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş 25 nəfərin Türkiyədə saxlanıldığını açıqlayıb.

Nazirin sözlərinə görə, saxlanılan şəxslər mütəşəkkil cinayətkar qrupların fəaliyyətində iştirakda, müxtəlif cinayətlər törətməkdə, narkotik vasitələrin, insanların qanunsuz dövriyyəsində, dələduzluqda, çirkli pulların yuyulmasında, qanunsuz miqrasiyada iştirakda şübhəli bilinirlər.

Nazir bildirib ki, saxlanılan şəxslər Azərbaycan, Almaniya, Avstraliya, Mərakeş, Hollandiya, İraq, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Koreya Respublikası, Monqolustan, Moldova, Özbəkistan, Rusiya, Suriya, Türkmənistan və İordaniyada axtarışdadırlar.//Musavat.com 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->