Azərbaycanda hazırda 22 kommersiya bankı fəaliyyət göstərir.
Qaynarinfo xəbər verir ki, bu banklara ölkədə fəaliyyət göstərmək üçün Azərbaycan Mərkəzi Bankı tərəfindən müxtəlif illərdə lisenziyalar verilib.
Son illərdə bank sektorunun fəaliyyətində müşahidə olunan dəyişikliklər, texnoloji yeniliklərin tətbiqi və rəqəmsal xidmətlərin inkişafı ilə əlaqədar olaraq müştərilərə təklif olunan bank məhsul və xidmətlərinin çeşidi də artıb. Xüsusilə əhali tərəfindən əmanət, kredit, valyuta mübadiləsi, plastik kart əməliyyatları, internet və mobil bankçılıq kimi xidmətlər geniş istifadə olunur. Bank xidmətlərinə əlçatanlığı təmin etmək üçün həmin banklar regionlarda da fəalliyət göstərir.
Hazırda bu bankların paytaxt Bakı və regionlarda ümumilikdə təxminən 500-ə yaxın filial və şöbəsi xidmət göstərir.
Həmin banklardan ən çox filialı olan Kapital Bankdır. Bankın paytaxt Bakı və bölgələr daxil olmaqla 115 filialı var.
Melli İran Bankın isə yalnız bir filialı var. O da Bakı şəhərində fəaliyyət göstərir.
Günay
Şərhlər