Xəbər lenti

Azərbaycana gələn turistlər niyə ən çox Bakını seçirlər? (ŞƏRH)
Ekonomiks 15:55 29.07.2024

Azərbaycana gələn turistlər niyə ən çox Bakını seçirlər? (ŞƏRH)

"Bu təkcə turizmlə əlaqəli məsələ deyil, ümumdaxil məhsulun 80%-dən çoxu Bakıda emal olunur. Məsələn, məşğulluğun 80%-dən çoxu Bakıdadır, bank aktivlərinin 80%-dən çoxu paytaxta verilib. Yəni hər şey Bakı üzərindədir. Ölkənin 85% Bakı və Abşeron yarmadasıdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli Azərbaycana gələn turistlərin 82.5 faizinin Bakı şəhərinə üstünlük verməsi ilə bağlı statistikaya aydınlıq gətirərkən deyib. 

O, investisiyaların da əhəmiyyətli hissəsinin bu əraziyə toplandığını bildirib:

"Almaniyanın qəsəbələrinə gedirsən, baxırsan ki, mərkəzlə fərqlənmir. Hətta balaca qəsəbələr mərkəzdən daha qəşəngdir. Azərbaycanda isə belə deyil. Məhdud istiqamətlər var ki, turizm baxımdan əhəmiyyətlidir. Bakıda sosial həyat var. Bakıya gələn turist bilir ki, həm gəzəcək, həm də əylənəcək".
 


Ekspert deyib ki, turizm üçün Bakıda olan əlverişli şərait rayonlarda yoxdur:

"Otellərin çox hissəsi Bakıda yerləşir. Həm də eyni zamanda turistlərin əksəriyyəti dincəlməyə deyil, iş ardınca gəlir. Bakı həm də iş mərkəzidir. Azərbaycanda az qala bütün işlər Bakıda qurulur. Biznes görüşləri paytaxtda keçirilir. İstirahətə gələnlərdə əsas istiqaməti Bakı seçirlər. Burdan da 2-3 günlüyə Qəbələ, Quba, Qusara gedirlər".
 
Ekspert bildirib ki, sentyabr və oktyabr aylarında turizm sektorunda fərqli rəqəmlər görüləcək: 

"Qəbələ, Qusar və s. rayonlara üz tutan turist sayında artım görəcəyik. Amma ümumi 80% vəziyyət Bakının xeyrinə qorunmuş olacaq. Ona görə də Bakı ilə bağlı turist sayı həmişə öndə olacaq".

Qeyd edək ki, statistikya əsasən Azərbaycana gələn turistlərin 82.5 faizi Bakı şəhərinə üstünlük verirlər. Ölkəyə gələn hər 10 tursitdən cəmi 2-si Bakıdan kənara, rayonlara gedirlər. Turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qusardır. Azərbaycana gələnlərin 5.0 faizi sözügedən rayonda qalıblar. Bütövlükdə, xarici tursitlərin 3,9 faizi Qəbələdə, 3,6 faizi Naftalanda, 2,9 faizi Qubada, 0,5 faizi Şabranda, 1,6 faizi faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->