Xəbər lenti

Azərbaycan neftinin qiyməti 110 dolları ötdü
Ekonomiks 10:12 21.04.2026

Azərbaycan neftinin qiyməti 110 dolları ötdü

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,02 ABŞ dolları və ya 5,76% artaraq 110,51 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 104,49 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində "Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

--> -->