Xəbər lenti

Final günü: Azərbaycan Kubokunun qalibi müəyyənləşir
İdman 09:24 13.05.2026

Final günü: Azərbaycan Kubokunun qalibi müəyyənləşir

Bu gün futbol üzrə Azərbaycan Kubokunun final matçı baş tutacaq.

Qaynarinfo-nun məlumatına görə, Misli Premyer Liqasında çempionluğu rəsmiləşdirən "Sabah" komandası "Zirə" ilə münasibətləri aydınlaşdıracaq.

FIFA referisi Elçin Məsiyevin idarə edəcəyi görüş saat 20:00-da, "Palms Sports Arena"da start götürəcək.

Azərbaycan Kuboku
Final
13 may

20:00. Sabah - Zirə
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev.
Ehtiyat köməkçi hakim: Gülnurə Əkbərzadə.
VAR: Tural Qurbanov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
"Palms Sports Arena
--> -->