Xəbər lenti

Azərbaycan-İran sərhədində qaçaqmalçılığın qarşısı alındı (FOTO)
Ölkə 14:53 08.08.2024

Azərbaycan-İran sərhədində qaçaqmalçılığın qarşısı alındı (FOTO)

Avqust ayının 5-də saat 19:32-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 5 kiloqram 630 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri dаvаm еtdirilir.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->