"Əziz dostlar, mesajlara, zənglərə (yüzlərlə) cavab verə bilmədiyim üçün hamınızdan üzr istəyirəm".
Qaynarinfo xəbər verir ki, bunu hazırda Türkiyədə müalicə olunan tanınmış jurnalist Azər Rəşidoğlu sosial media hesabında yazıb.
Jurnalist bildirib ki, dünəndən daha ciddi müalicə kursları başlayıb:
"Ən müasir avandanlıqlar ixtiyarımıza verilib. Heydər Əliyev Fondu hətta ən kiçik problemləri saniyələr içində həll edir. Türkiyədə yaşayan bir çox ziyalılarımız məni ziyarət etmək istəyir. Həkimlərimə tam təslim olduğum üçün hələ imkan edə bilmirəm. Azərbaycanımla fəxr edirəm!"
Şərhlər