Paytaxtın Nizami rayonunda 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsünü döyən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib.
O qeyd edib ki, 25 yaşlı Elşən Səmədzadə məsuliyyətə cəlb olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Şərhlər