Xəbər lenti

Avropa Liqası: Bu gün
İdman 08:55 30.08.2024

Avropa Liqası: Bu gün "Qarabağ"ın rəqibləri müəyyənləşəcək

Bu gün UEFA Avropa Liqasının yeni formatda keçiriləcək əsas mərhələsinin püşkü atılacaq.

Qaynarinfo xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq püşkatma mərasimində "Qarabağ"ın rəqibləri müəyyənləşəcək.

Liqa mərhələsində 36 komanda iştirak edəcək və hər bir komanda 8 oyun keçirəcək.

Püşkatma ərəfəsində komandalar reytinqə əsasən 4 səbətə bölünüblər. Ağdam təmsilçisi "Qarabağ" 3-cü səbətdə yer alıb. Hər komanda öz səbətindən iki rəqiblə – birini evdə, digərini səfərdə – qarşılaşacaq.

8 turun nəticəsinə görə, ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala yüksələcək, 9-24-cü yerləri tutan komandalar isə pley-off mərhələsinə çıxacaq. Digər 12 komanda isə turnirlə vidalaşacaq.

Liqa mərhələsinin oyun günləri də artıq müəyyənləşib. İlk altı tur bu il, son iki tur isə gələn il keçiriləcək.

2024-cü il
I tur: 25-26 sentyabr
II tur: 3 oktyabr
III tur: 24 oktyabr
IV tur: 7 noyabr
V tur: 28 noyabr
VI tur: 12 dekabr

2025-ci il
VII tur: 23 yanvar
VIII tur: 30 yanvar

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->