Xəbər lenti

Astarada iki inəyi cərəyan vurdu (FOTO/VİDEO)
Ölkə 13:19 28.07.2024

Astarada iki inəyi cərəyan vurdu (FOTO/VİDEO)

Astarada sakinlərin inəklərini cərəyan vurub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, leysan xarakterli yağış nəticəsində Astara rayonunun ucqar dağ kəndi, Pəlikeş ərazi vahidliyinə daxil olan Diqoli kəndindən keçən 10 kv-luq elektrik dirəkləri aşıb. Elektrik naqilləri kənd sakinləri Xanəhməd Şabanov və Elsevər Hüseynova məxsus inəklərin üstünə düşərək öldürüb. Sakinlərə ümumilikdə 3000 manata yaxın ziyan dəyib.

Hazırda əraziyə texnika cəlb olunub. Problemin aradan qaldırılması istiqamətində işlər görülür.

Qeyd edək ki, bölgədə yağışlı hava şəraiti davam edir.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->