Xəbər lenti

Argentina məhkəməsi bu ölkənin prezidentini axtarışa verdi
Dünya 13:35 31.12.2024

Argentina məhkəməsi bu ölkənin prezidentini axtarışa verdi

Argentina məhkəməsi Nikaraqua prezidenti Daniel Orteqa və onun vitse-prezidenti Rosario Murilonu insan haqlarını pozduğu iddiası ilə axtarışa verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Nikaraqua hakimiyyət orqanlarına qarşı təhqiqat aparılmasını istəyən vəkil Dario Rişarte bildirib.

"İki il yarımlıq araşdırmadan sonra hakim Daniel Orteqa və Rosario Murillonun, eləcə də onlarla başqa şəxsin dindirilməyə çağırılması və beynəlxalq həbs qərarı verilməsi haqqında qərar verdi”, deyə Rişarte X sosial şəbəkəsində yazıb. 

Argentina məhkəməsinin qərarına əsasən, insan hüquqlarının pozulması ilə bağlı ittihamlar hər hansı milli yurisdiksiyadan kənardadır, ona görə də başqa dövlətin liderinin dindirilmək üçün çağırılması və onun saxlanması üçün orderin verilməsi qanuni addım kimi görünür.

Sentyabrda Argentina məhkəməsi Venesuela prezidenti Nikolas Maduroya qarşı oxşar qərar qəbul edib. Venesuela hökuməti bunu beynəlxalq təşkilatların səlahiyyətlərini əvəz etmək cəhdi kimi qiymətləndirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->