Dövlət layihələrində (tikinti və təmir işləri) iştirak edən "Arbea İnşaat" şirkətinin rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.
Qaynarinfo-nun məlumatına görə, şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 19689,39 manat borcu yaranıb.
Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi təmin edilmədiyi üçün Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi "Arbea İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində məhkəməyə müraciət edib.
Məhkəmənin qərarı ilə "Arbea İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinin 1980-ci il tarixdə Bakı şəhərində doğulmuş qanuni təmsilçisi Məmmədzadə Şamil Kamal oğlunun ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılıb.
Aydın
Şərhlər