Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov xalq şairi Ramiz Rövşəni evində ziyarət edib.
Qaynarinfo xəbər verir ki, bu barədə o, instaqram səhifəsində paylaşıb.
"Dəyərli xalq şairimiz Ramiz Rövşəni ad günü münasibətilə şəxsən təbrik etmək, mədəniyyətimizin bir hissəsinə çevrilmiş bu insanın qonağı olmaq çox xoş idi. Ramiz Rövşən Azərbaycan ədəbiyyatının və poeziyasının inkişafına böyük töhfə verib, onun yaradıcılığını müxtəlif nəsillər tanıyır və sevir. Ona möhkəm cansağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayıram”, - deyə paylaşımda qeyd edib.
Qeyd edək ki, bu gün Ramiz Rövşənin 79 yaşı tamam olur.
Şərhlər