"Əmanət portfelinin artım dinamikasına görə AFB bank sektorda birinci yerdə qərarlaşıb".
Bu barədə bankın Yeni strategiyanın təqdimatı və ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında İdarə Heyətinin sədri Amid Qənbərov məlumat verib.
A.Qənbərov əlavə edib ki, ümumilikdə bankın əmanət portfeli əvvəlki dövrlə müqayisədə 70,2 faiz artaraq 226,4 milyon manata çatıb.
AFB Bankda fiziki şəxslərin əmanət portfeli 89,9 faiz artımla 114,2 milyon manata çatıb, hüquqi şəxslərin əmanət portfeli isə 53,9 faiz artımla 112,2 milyon manata yüksəlib.
Şərhlər