Xəbər lenti

Amerika sözün həqiqi mənasında İsrailə təsir edərsə... - Konfliktoloq
Dünya 15:08 06.09.2024

Amerika sözün həqiqi mənasında İsrailə təsir edərsə... - Konfliktoloq

"Amerika sözün həqiqi mənasında İsrailə təsir edərsə, Netanyahu geri çəkilməyə məcbur olacaq. Amma indilikdə bunu tam olaraq görmək olmur".

Qaynarinfo-ya açıqlamasında bunu kinfliktoloq Azər Hüseynov Vaşinqtonun Amerika təyyarə daşıyıcılarının yəhudi dövlətini İrandan qoruyaraq bölgədə "qeyri-müəyyən müddətə” qala bilməyəcəyi barədə İsrailə ünvanladığı xəbərdarlığını şərh edərkən deyib.

"İsrailin ən böyük müttəfiq və hamisi ABŞ-dır. Bu iki dövlət Yaxın Şərqdə bir çox məsələlərdə eyni mövqedən çıxış edir. Lakin İsrail birbaşa ərazidədir. Ona görə onun təhdid anlayışı amerikalılarla eyni deyil. Amerika İran və ona bağlı olan, olmayan müqavimətləri, eləcə də Ərəb dünyasını "məşğul" etmək istəyir. Bununla da regionda varlığını qoruyur. İsrail isə ətraf basqılarla bacara bilməyəcəyi halda ABŞ-ı da müharibəyə çəkmək istəyir. Bu məsələdə Amerikadakı diaspor imkanlarından da istifadə edir", deyə Azər Hüseynov bildirib.
 


Lakin ekspertə görə, Amerikada, hətta yəhudi mənşəli təsir insanları belə Natanyahu kimi düşünmür: 
 
"Çünki onlar iqtisadi nəhənglərdir, bir sıra hallarda ərəb monarxları ilə iqtisadi tərəfdaşdırlar. Amerikaya bu məqamda özünün də içinə cəlb olunacağı böyük münaqişə lazım deyil”. 

Bununla belə, konfliktoloqun fikrincə, İsrail Amerikanın siyasi qərarına təsir edəcək vasitələrdən hələlik yaralana bilir: 

"Digər tərəfdən, Amerika ara-sıra İsraildən gileylənməklə dünyaya demək istəyir ki, Qəzzadakı humanitar fəlakətdə günahı yoxdur. Amerika sözün həqiqi mənasında İsrailə təsir edərsə, Netanyahu geri çəkilməyə məcbur olacaq. Amma indilikdə bunu tam olaraq görmək olmur”.

Qeyd edək ki, ABŞ İsrail hakimiyyətinə Amerika təyyarə daşıyıcılarının yəhudi dövlətini İrandan qoruyaraq bölgədə "qeyri-müəyyən müddətə” qala bilməyəcəyi barədə xəbərdarlıq edib. 

Bu barədə İsrailin Kanal 13 telekanalı məlumat yayıb.

Kanalın xəbərində vurğulanır ki, Vaşinqton İsrailə müraciətində Amerika təyyarədaşıyan gəmilərinin "bölgədə əbədi qala bilməyəcəyini” və buna görə də regionda gərginliyin səviyyəsinin daim azaldılmalı olduğunu qeyd edib. Vaşinqtonun belə bir xəbərdarlığının arxasında böyük ehtimalla Netanyahudan müharibəni tezliklə başa çatdırmaq tələbi dayanır. 

Bundan əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken bildirib ki, Qəzza zolağında atəşkəs razılaşması üzrə şərtlərin 90 faizi artıq razılaşdırılıb.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->