Xəbər lenti

Almaniyada niqab taxaraq avtomobil sürməyi qadağan edib
Dünya 19:43 24.08.2024

Almaniyada niqab taxaraq avtomobil sürməyi qadağan edib

Almaniyada niqab taxaraq (üzünü örtən və gözlər üçün kiçik bir yarıq buraxan ənənəvi müsəlman baş örtüyü) avtomobil sürməyi qadağan edilib.

Qaynarinfo xəbər verir ki, Koblenz Ali İnzibati Məhkəməsi avtomobil idarə edərkən niqab taxmağın bütün yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təhlükə altına qoyduğuna qərar verib.

İddiaçı Reynland-Pfalzdan olan müsəlman qadın olub. O, avtomobil sürərkən niqab taxmağın qadağan edilməsinin onun dini hüquqlarını pozduğunu hesab edib. Lakin qadın müraciət etdiyi bütün orqanlarda uğursuzluğa düçar olub.

Almaniyada tətbiq olunan ümumi qaydalara görə, sürücülər üzlərini elə gizlədə bilməzlər ki, tanınmasın. Məhkəmə təsdiqləyib ki, niqab qadağası konstitusiya baxımından əsaslandırılıb və yol təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub.

Bundan əlavə, məhkəmə qərara gəlib ki, hazırkı məhdudiyyət ərizəçiyə öz etiqadını həyata keçirməyə mane olmayıb: onun avtobus və qatarlardan istifadə etmək və ya motosiklet sürmək hüququ var (qadağa onlara şamil edilmir).

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->