Xəbər lenti

Alimlər: Smartfonlar 13 yaşdan kiçik qızların psixikası üçün xüsusilə təhlükəlidir
Dünya 09:06 23.07.2025

Alimlər: Smartfonlar 13 yaşdan kiçik qızların psixikası üçün xüsusilə təhlükəlidir

"Journal of Human Development and Capabilities” elmi jurnalında dərc edilən yeni araşdırma 13 yaşından əvvəl smartfonlardan istifadə etməyə başlayan uşaqların psixi sağlamlığı üçün ciddi risklər aşkar edib. Nəticələr o qədər qorxulu olub ki, tədqiqatın müəllifləri yetkinlik yaşına çatmayanların qadcetlərə və sosial şəbəkələrə girişinə qlobal məhdudiyyətlərin tətbiqinə çağırıblar. 

Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

163 ölkədə iki milyona yaxın insan arasında aparılan sorğu zamanı əldə edilən məlumatlara görə, smartfonlardan erkən istifadə intihar düşüncələrinin yaranması, emosional tənzimləmənin pisləşməsi, özünəinamın aşağı olması və reallıqdan uzaqlaşma ilə birbaşa bağlıdır. Bu simptomlar xüsusilə qızlarda özünü göstərir. Tədqiqat aydın nümunə göstərdi: uşaq nə qədər tez smartfona giriş əldə etsə, gələcəkdə onun psixi rifahı bir o qədər aşağı olacaq.

Tədqiqatın aparıcı müəllifi, "Sapien Labs” qeyri-kommersiya təşkilatının təsisçisi Tara Tiaqaracan izah edir ki, problem cihazların özündə deyil, onlardan istifadənin nəticələrindədir. Erkən yaşda qadcet alan uşaqlarda yuxu pozğunluğu, kiber zorakılıq, ailə münasibətlərinin korlanması, sosial şəbəkələr dünyasına daha tez qərq olma ehtimalı yüksəkdir.

Alimlərin tapıntılarını digər ekspertlər də təsdiqləyir. Sosial psixoloq Conatan Haidt də öz kitabında sosial şəbəkələrə 16 ildən gec olmayaraq daxil olmağa icazə verməyi tövsiyə edir. O, yeni tədqiqatın müəllifləri kimi, yetkinlik dövründə qadcetlərdən istifadə ilə həyatdan məmnunluğun sonrakı azalması arasında əlaqəyə işarə edir.

Mütəxəssislər qeyd edirlər ki, valideynlər çaxnaşma etməməli, amma hərəkətə keçməlidirlər. Əgər uşaq hələ də smartfondan istifadə etmirsə, dostlarının valideynləri ilə 8-ci sinfə qədər qadcet almaqdan kollektiv imtina barədə razılığa gəlmək tövsiyə olunur - bu məqsədlə ABŞ-da artıq "8-ə qədər gözləyin” kimi xüsusi təşəbbüslər mövcuddur.

Əgər cihaz artıq mövcuddursa, psixoloqlar qaydaları dəyişdirməkdən qorxmamağı məsləhət görürlər. Siz valideyn nəzarəti funksiyalarından istifadə edə, müəyyən proqramları silə və ya hətta smartfonu düyməli telefonla əvəz edə bilərsiniz. Mütəxəssislər uşaqla açıq dialoqun vacibliyini vurğulayaraq, yeni elmi məlumatların onun sağlamlığı və rifahı naminə əvvəlki qərarlara yenidən baxılmasını tələb etdiyini izah edirlər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->