Xəbər lenti

Alimlər atmosferin yüksək qatında təhlükəli viruslar tapdı - Çindən gəlir
Sağlamlıq 16:18 11.09.2024

Alimlər atmosferin yüksək qatında təhlükəli viruslar tapdı - Çindən gəlir

İspaniya və Yaponiyadan olan beynəlxalq alimlər qrupu Yer səthindən 1000-3000 metr yüksəklikdə müxtəlif canlı göbələklər, bakteriya və viruslar aşkar ediblər. 

Qaynarinfo xəbər verir ki, tədqiqat "Proceedings of the National Academy of Sciences" (PNAS) elmi jurnalında dərc olunub.

Komanda Yaponiya ərazisi üzərindən hava nümunələri toplayıb və onları laboratoriyada tədqiq edib. DNT analizi 266 növ göbələk və 305 növ bakteriyanın olduğunu göstərib.

Tədqiqatçılar aşkarlanan mikroorqanizmlərin çoxunun insan sağlamlığı üçün təhlükəli olduğunu qeyd ediblər. Mütəxəssislərin fikrincə, havada tapılan mikroblara çox vaxt bitkilərdə və torpaqda rast gəlinir.

Alimlər mikrobların coğrafi mövqeyinə, tapıldıqları yüksəkliyə və onları daşıyan küləyin sürətinə görə onların əksəriyyətinin Çindən gəldiyindən şübhələnirlər. Bu o deməkdir ki, onlar ən azı 2000 kilometr yol qət ediblər.

Komanda biopatogenlərin yüksək hündürlükdə minlərlə kilometr məsafə qət edə biləcəyini və bu, xəstəliklərin yayılması üçün bir yol ola biləcəyini bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->