Sizin yerli Avropa bankınız - AccessBank, müştərilərinə yüksək gəlir və əlavə bonuslar əldə etmək imkanı qazandıran yeni depozit təklifi təqdim edir. Məqsədimiz müştərilərimizə əmanətlərin səmərəli idarə edilməsi üçün maliyyə həllərinin təqdim edilməsidir.
Yeni təklif ilə AccessBank-ın
müddətli depozitinə pul yatıranlar 12%-dək gəlirlə limitlənmir. 100 000 AZN-dən yuxarı əmanət yerləşdirənlər illik 12 %-dək gəlir + 0,25 % bonus qazanmaq imkanı əldə edir. Qeyd edək ki, + 0,25 % bonus imkanı – müddəti 18-24 ay olan, faizləri müddətin sonunda götürmək şərti ilə açılan əmanətlər üzrə keçərlidir.
AccessBank-da depozit yerləşdirməyin üstünlükləri:
• Tamamilə beynəlxalq səhmdarlara malik bankın müştərisi olursunuz.
• Sərfəli depozit faizi əldə edirsiniz.
• Banka yerləşdirilən depozitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur.
Siz də pulunuzu AccessBank-a yatırın, gəlirinizi daha da artırın!
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən
kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir:
http://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin
www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (
Facebook,
Instagram,
LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Şərhlər