Xəbər lenti

ABŞ seçkiləri: Tramp rəy sorğularında Harrisə uduzur
Dünya 09:04 30.08.2024

ABŞ seçkiləri: Tramp rəy sorğularında Harrisə uduzur

Demokratlar partiyasından prezidentliyə namizəd Kamala Harris rəqibi Respublikaçı Donald Trampı 45-41 faiz səslə qabaqlayırr.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

Agentlik hazırkı vitse-prezidentin seçicilər arasında yenidən ruh yüksəkliyi yaratdığını və noyabr seçkiləri ərəfəsində seçki yarışını dəyişdirdiyini göstərən "Reuters"/"Ipsos" birgə sorğusunun nəticələrini açıqlayıb.

Qeydə alınmış seçicilər arasında 4 faizlik üstünlük, iyulun sonunda "Reuters"/"Ipsos" agentliyinin sorğusunda Harrisin keçmiş prezident üzərində qazandığı 1%-dən çoxdur. 

Səkkiz gün ərzində aparılan və 28 avqust çərşənbə günü başa çatan yeni sorğu demokratın qadınlar və latın amerikalılar arasında güclü dəstəyə malik olduğunu göstərib. Qadınlar və ispan dilli seçicilər arasında Harris Trampı 49%-36% qədər fərqlə və ya 13 faiz bəndi ilə qabaqlayır. 

İyul ayında keçirilən dörd "Reuters"/"Ipsos" sorğusuna görə, Harris qadınlar arasında 9%, ispan dilli seçicilər arasında isə 6% qabaqda olub.

Tramp ağdərili seçicilər və kişilər arasında iyulda olduğu kimi eyni fərqlə liderlik edib. Baxmayaraq ki, onun ali təhsili olmayan seçicilər arasında üstünlüyü iyul ayı ilə müqayisədə 14%-dən 7% enib.

Eyni zamanda, yeddi ştatda - Viskonsin, Pensilvaniya, Corciya, Arizona, Şimali Karolina, Miçiqan və Nevadada Tramp səsvermədə qeydə alınmış seçicilər arasında Harrisi 45-43% nisbəti ilə qabaqlayır. 

Sorğuda qeydiyyatdan keçmiş demokrat seçicilərin təxminən 73%-i Harris yarışa girdiyi üçün noyabr ayında səsvermədə daha həvəslə iştirak edəcəklərini bildiriblər. Mart ayında "Reuters"/"Ipsos "sorğusu Baydenə səs vermək niyyətində olan respondentlərin 61%-nin bunu ilk növbədə Trampı dayandırmaq üçün etdiyini göstərsə də, avqust sorğusunda seçicilərinin 52%-i ilk növbədə Harrisi namizəd kimi dəstəkləməyə səs verib. 

Bununla belə, Trampın seçiciləri də öz namizədlərinə həvəslə yanaşırlar: 64%-i seçimlərinin Harrisə qarşı çıxmaqdan daha çox Trampı dəstəkləməsi ilə bağlı olduğunu bildirib.

Sorğu milli səviyyədə aparılıb və 3562 qeydiyyatdan keçmiş seçici də daxil olmaqla 4253 amerikalı böyüklərdən cavablar toplanıb.

Qeyd edək ki, sorğuya əsasən, avqustun 23-də kampaniyasını dayandıran müstəqil namizəd Robert Kennedi seçicilərin 6%-nin dəstəyini qazanıb.
ABŞ-da növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->