Xəbər lenti

ABŞ Rusiyanın və Çinin dezinformasiyasına qarşı Avropa ilə əməkdaşlığı dayandırır - FT
Dünya 11:28 09.09.2025

ABŞ Rusiyanın və Çinin dezinformasiyasına qarşı Avropa ilə əməkdaşlığı dayandırır - FT

ABŞ Co Bayden administrasiyası dövründə imzalanmış dezinformasiyaya qarşı mübarizə üzrə memorandumları Avropa ölkələri ilə ləğv edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” mənbələrə istinadən yazıb.

Keçən həftə Avropa hökumətləri ABŞ Dövlət Departamentindən bu memorandumların ləğvi barədə bildiriş alıblar. 2023-2024-cü illərdə imzalanmış sənədlər Rusiyanın, Çinin və İranın zərərli məlumatlarının aşkarlanması və ifşası üçün vahid yanaşmanı nəzərdə tuturdu.

Təşəbbüsü Dövlət Departamentinin Xarici Dezinformasiyaya və terrorçu qrupların təbliğatına qarşı mübarizə aparan Qlobal Əlaqələndirmə Mərkəzi (GEC) idarə edirdi.

GEC-in keçmiş rəhbəri Ceyms Rubinin sözlərinə görə, Vaşinqtonun bu qərarı "informasiya müharibəsində birtərəfli silahsızlanma aktı”dır.

"İnformasiya müharibəsi bizim dövrün reallığıdır, süni intellekt isə bununla bağlı riskləri yalnız artıracaq”, – deyə Rubin bildirib.

Onun məlumatına görə, ötən il Avropa və Afrikanın təxminən 22 ölkəsi Bayden administrasiyasının proqramına qoşulmuşdu. Bu proqram informasiya manipulyasiyalarına qarşı birgə sistem yaratmağı və təhdidlərə kollektiv cavab hazırlamağı hədəfləyirdi.

UNIAN-ın xəbərinə görə, Vladimir Putin sülh istəmir və bunu sentyabrın 7-nə keçən gecə Ukraynaya endirilmiş kütləvi zərbə bir daha təsdiqləyib. Bu hücum müharibənin başlanğıcından bəri ən genişmiqyaslılardan biri olub. Ardınca ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazır olduğunu təsdiqləyib.

Bununla belə, ABŞ və Avropa hələ də Ukraynaya təhlükəsizlik zəmanətləri və Kiyevə yardım məsələsində razılığa gələ bilməyiblər.

Bu fonda ABŞ maliyyə naziri Skot Bessent bəyan edib ki, Vaşinqton Rusiyaya təzyiqi gücləndirməyə hazırdır. O, bunun Avropa tərəfdaşları tərəfindən də həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->