Xəbər lenti

ABŞ qəzəblidir: İsrail Haniyə əməliyyatıyla bağlı niyə Ağ Evə xəbər etməyib?
Dünya 12:07 07.08.2024

ABŞ qəzəblidir: İsrail Haniyə əməliyyatıyla bağlı niyə Ağ Evə xəbər etməyib?

HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən dərhal sonra İsrail bunun arxasında dayandığını ABŞ-a bildirib.

Qaynarinfo bu barədə "The Washington Post” qəzeti adı açıqlanmayan amerikalı məmura istinadən yazır.
 
Qeyd olunur ki, Co Bayden administrasiyasının rəsmiləri Haniyəni aradan götürmək qərarına qəzəblənib. Ağ Ev bunun Qəzza zolağında atəşkəs üçün aylarla davam edən ehtiyatlı danışıqları məhv edə biləcəyindən ehtiyat edir.

Amerika rəsmiləri həmçinin İsrailin İran komandirlərini və ya Hizbullah terrorçularını öldürmək üçün başqa əməliyyatlara başlamazdan əvvəl onlara məlumat verməməsindən qəzəbləniblər.
Nəşrin adının çəkilməsini istəməyən israilli həmsöhbətlərindən biri deyib ki, baş nazir Benyamin Netanyahu ilə ABŞ prezidenti Co Bayden arasında keçən həftə telefon danışığı "gərgin” keçib.

"Lakin Baydenin hərbi yardımı məhdudlaşdırmaq kimi hərəkətlərini cilovlamaq üçün İsrailə ciddi təzyiq göstərməyə hazır olduğuna dair heç bir əlamət yoxdur”, - mənbələr bildirib.

Xatırladaq ki, Fələstinin HƏMAS qruplaşmasının lideri İsmayıl Haniyə iyulun 31-də Tehrandakı iqamətgahında öldürülüb. Səudiyyə Ərəbistanının "Al Hadath” nəşrinin məlumatına görə, Haniyyənin şəxsi iqamətgahı idarə olunan raketlə vurulub. Bundan az qala dərhal sonra hücumun arxasında İsrailin olduğu barədə xəbərlər yayılıb.

CNN öz mənbələrinə istinadən yazır ki, Haniyə təxminən iki ay əvvəl qaldığı qonaq evinə qoyulan bomba nəticəsində öldürülüb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->