Xəbər lenti

ABŞ özü izn vermir, Britaniyanın da Kiyevə
Dünya 13:15 20.08.2024

ABŞ özü izn vermir, Britaniyanın da Kiyevə "hə" deməsini əngəlləyir

Ağ Ev Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyat keçirməsinə baxmayaraq, ABŞ-ın Rusiya ərazisinə uzaqmənzilli zərbələrlə bağlı mövqeyinin dəyişmədiyini bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer prezident təyyarəsinin göyərtəsində jurnalistlərə deyib.

Ukraynanın Kursk vilayətinə hücumunu şərh edərkən o qeyd edib ki, ukraynalılar öz ərazilərini Rusiyanın təcavüzündən qoruyurlar.

"Mənim deyəcəyim odur ki, bizim siyasətimiz (uzaq məsafədən zərbələrlə bağlı - red.) dəyişməyib", - deyə Jan-Pier bildirib.

O, həmçinin əlavə edib ki, Birləşmiş Ştatlar bu əməliyyatın planlaşdırılması və ya hazırlanmasının heç bir aspektində iştirak etməyib və iştirak etmir.

Bir gün əvvəl prezident Vladimir Zelenski ukraynalı diplomatları Qərb dövlətlərini Rusiya ərazisinə hücumlar üçün ötürdükləri uzaqmənzilli silahlardan istifadə icazəsini genişləndirməyə təşviq etməyə çağırıb.

Bu yaxınlarda məlum olub ki, Bayden administrasiyasının müharibənin güclənməsi qorxusu fonunda Vaşinqton faktiki olaraq Britaniyanın Kiyevə Rusiyada "Storm Shadow” raketlərindən istifadə etmək icazəsini əngəlləyir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->