ABŞ administrasiyası 2022-2024-cü maliyyə illərində dünyada demokratiyanın dəstəklənməsi üçün 9,5 milyard dollar ayırmağı planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə Ağ Evin saytında
deyilir.
"2022, 2023 və 2024-cü maliyyə illərində Birləşmiş Ştatlar bütün dünyada demokratiya, insan haqları və yaxşı idarəçiliyi dəstəkləmək üçün təxminən 9,5 milyard dollar sərmayə qoyub və yatırmaq niyyətindədir”, - ABŞ-da martın 28-də başlayıb və martın 30-dək davam edəcək "Demokratiya Sammiti” günündə yayımlanan bəyanatda deyilir.
Sammitdə 120 ölkə lideri iştirak edir. Görüşlərdə Ukraynadakı münaqişə, korrupsiyaya qarşı mübarizə, demokratiyanın inkişafı üçün əməkdaşlıq, qadınların statusu və digər məsələlər müzakirə olunur. Birləşmiş Ştatlar ilk "demokratiya sammitini" 2021-ci ilin dekabrında keçirib, indiki tədbir ikincidir.
Sammitin açılışında çıxış edən ABŞ prezidenti Co Bayden bildirib ki, ABŞ iki il ərzində müstəqil mediaya, eləcə də bütün dünyada azad və ədalətli seçkilərə dəstək üçün 690 milyon dollar ayıracaq. Bayden həmçinin qeyd edib ki, dünya demokratiyaları onun nöqteyi-nəzərindən "güclü” olub, "avtokratiyalar” isə əksinə, demokratiyanı "daim müdafiə etmək lazımdır”.
Alpər
Şərhlər