Hazırda bob saç kəsimi populyarlığın zirvəsindədir. Bu kəsim müxtəlif formalarda ola bilər: səliqəsiz, tam düz, hamar və ya dalğalı. Bundan əlavə, bob hər yaşda qadınlara uyğun gəlir. O, saçlara həcm verir, görünüşü təravətləndirir, asan düzəldilir və üz formasını vurğulayır.
Qaynarinfo xəbər verir ki,"Parade" jurnalının yazdığına görə, bu praktik saç kəsimi istənilən saç tipinə və üsluba uyğundur.
40 yaşdan sonra qadın saç kəsimləri – ən yaxşı variantlar
Ulduz stilistlərin fikrincə, bob saç kəsiminin bu növləri 40 yaşdan yuxarı qadınlar üçün idealdır. Əsas məsələ saçın tipi, sıxlığı və həyat tərzini nəzərə alaraq uyğun variantı ustayla birlikdə seçməkdir.
Kvadrat bob
Bu model səliqəli və dəqiq saç düzümünə üstünlük verənlər üçün uyğundur. Düz və geometrik xətlər oval və ya dairəvi üz cizgilərini ideal şəkildə vurğulayır. Ev şəraitində qulluq üçün tüklənməyə qarşı vasitə və dairəvi fen fırçası lazım olacaq.
Üçbucaq bob
Dar çənəyə və ya üçbucaq üz formasına sahib olanlar üçün əla seçimdir. Nazik saçlarda və yüngül dalğalarda yaxşı görünür. Ucları bir qədər burmaq üçün saç buran alət istifadə olunur.
Fransız bob
Bu saç düzümü yüngül və şık görüntü yaradır — sanki xüsusi səy göstərilməyib, amma baxımlı görünüş əldə edilir. Düzəltmək üçün dairəvi fırça və az miqdarda stil vasitəsi kifayətdir.
Hamar bob
Bu, çox səliqəli və dəqiq saç kəsimidir, burada əsas şərt saçın ideal hamar olmasıdır. İstənilən üz formasına uyğun gəlir.
Hollivud bob
Həmişə dəbdəbəli görünən klassik saç kəsimidir. Gündəlik həyata bir az Hollivud üslubu qatmaq istəyənlər üçün uyğundur. Lakin bir məqam var: saç nə qədər qısa olarsa, onu formaya salmaq üçün bir o qədər çox vaxt tələb olunur.
Aydın
Şərhlər