Xəbər lenti

2026-cı ilin yazı üçün ən yaxşı 8 manikür ideyası (FOTO)
Dünya 08:15 15.04.2026

2026-cı ilin yazı üçün ən yaxşı 8 manikür ideyası (FOTO)

Bu cür manikür standart çərçivələrdən kənara çıxır, lakin yaz əhval-ruhiyyəsini mükəmməl şəkildə əks etdirir. Dırnaqların uzunluğu vacib deyil, əsas olan qeyri-adi rəsmlər və rəng birləşmələri ilə diqqət çəkmək istəyi və ideyaları həyata keçirməyə kömək edəcək peşəkar manikür ustasının olmasıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Parade" jurnalı yazır.

2026-nın yazı üçün ən yaxşı dizaynlar

Manikür vahid, müasir olmalı və fərdiliyi əks etdirməklə yanaşı yüngüllük və aktuallığı qoruyub saxlamalıdır. Ruh halınızı vurğulayan və sizə uyğun harmonik görünən variantlara üstünlük vermək tövsiyə olunur. Ustaların tövsiyə etdiyi "yaz” dizaynları isə bunlardır:

Rəngli güllər. Təbii çiçəklərin "çılpaq” dırnaqlarda təsviri manikürdə yeni trenddir. Bunun üçün uzun dırnaqlar vacib deyil, qısa dırnaqlarda da gözəl görünür.



Akril zərgərlik. Yaz maniküründə çiçəklər təkcə çəkilmiş deyil, həm də üçölçülü akryl bəzək kimi istifadə oluna bilər. Lakin bu variant daha çox uzun dırnaqlara uyğundur.

Nöqtəli naxış. Pastel rəng üzərində bərabər nöqtələrdən ibarət klassik naxış obrazı daha maraqlı edir. Bu dizayn həm oynaq, həm də zərif görünüş yaradır və yaz üçün ideal hesab olunur.



Gradient (keçidli rənglər). Sadə, lakin dəbli görünüş istəyənlər üçün uyğundur. Əsasən açıq tonlar seçilir, amma fərqli rənglərlə də eksperiment etmək mümkündür.

Neon rənglər. Fransız manikürünün daha cəsarətli variantıdır. Uclarında parlaq neon tonlar yay ab-havasını əvvəlcədən hiss etdirir və istənilən geyimlə uyğunlaşır.



Çəhrayı parıltılı dizayn. Tay-dye üslubu fərdi və təkrarsız naxış yaradır. Hər dırnaq unikal görünür və açıq tonlarda həm ofis, həm də görüşlər üçün uyğundur.

Kəpənək motivləri. Klassik fransız manikürünə yaz simvolu olan kəpənək rəsmləri əlavə etməklə incə və romantik görünüş əldə etmək mümkündür.



Dama-dama naxış. Rəngli və canlı görünüş yaradan bu dizayn yaz və yay geyimləri ilə xüsusilə yaxşı uyğunlaşır və obrazda parlaq vurğu yaradır.

Aydın
--> -->