Xəbər lenti

WP şəxsi azadlıqlar və sərbəst bazarı tənqidi edən fikirləri dərc etməyəcək
Dünya 13:50 27.02.2025

WP şəxsi azadlıqlar və sərbəst bazarı tənqidi edən fikirləri dərc etməyəcək

ABŞ-nin ən qədim qəzetlərindən biri olan "The Washington Post" artıq "Fikirlər" bölməsində yalnız "şəxsi azadlıqlar və sərbəst bazar"ı dəstəkləyən məqalələr dərc edəcək. 

Qaynarinfo xəbər verir ki, bunu nəşrin sahibi, iş adamı Ceff Bezos X sosial şəbəkəsində bildirib.

O, qeyd edib: "Əlbəttə, biz digər mövzularda da yazacağıq, lakin bu iki əsas prinsipə zidd olan fikirləri digər nəşrlərə buraxacağıq".

Bu fonda "Fikirlər" bölməsinin redaktoru David Şipli öz istəyi ilə vəzifəsindən ayrılıb və indi onun yerinə başqa bir işçi axtarılır. Bezos həmçinin qeyd edib ki, indi müxtəlif baxışları əks etdirmək üçün internet var və qəzetlər bu funksiyanı aradan qaldıra bilər.

Bundan əvvəl Ceff Bezos supermilyarderlər reytinqinə daxil olub, onun ümumi gəliri 263,8 milyard dollar təşkil edib. Bezos sərvəti 419,4 milyard dollar qiymətləndirilən iş adamı İlon Maska uduzub.

Aydın



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->