"Berkshire Hathaway” portfelində geniş dəyişikliklər edib.
Qaynarinfo-nun verdiyi xəbərə görə, şirkət "Delta Air Lines”da yeni iri pay alıb, "Alphabet”dəki mövqeyini əhəmiyyətli dərəcədə artırıb, "Amazon”, "UnitedHealth”, "Visa” və "Mastercard” daxil olmaqla bir sıra şirkətlərdəki paylarını isə tam satıb.
Bu dəyişikliklər Greg Abel-in "Berkshire Hathaway”ə CEO kimi rəhbərlik etdiyi ilk ildə şirkətin investisiya strategiyasında yeni mərhələnin başladığını göstərən əsas siqnallardan biri hesab olunur.
"Berkshire Hathaway”in hesabatları onilliklərdir Warren Buffett-in investisiya yanaşmasını anlamaq üçün əsas göstəricilərdən biri sayılır. Son 13F hesabatı isə xüsusilə diqqət çəkir.
Şirkət birinci rübdə 15,94 milyard dollarlıq səhm alışı həyata keçirib, eyni dövrdə 24,09 milyard dollarlıq satış edib.
Portfeldə ən böyük pay hələ də "Apple”a məxsusdur. Şirkətin "Apple”dakı payının dəyəri 57,8 milyard dollar təşkil edir. Sonrakı yerlərdə "American Express” — 45,9 milyard dollar, "Coca-Cola” — 30,4 milyard dollar, "Bank of America” — 25 milyard dollar və "Chevron” — 17,5 milyard dollar qərarlaşıb.
"Occidental Petroleum”dakı payın dəyəri 17,2 milyard dollar, "Alphabet”dəki pay isə 15,6 milyard dollar olub. Şirkətin ən böyük aktivləri sırasında həmçinin "Chubb”, "Moody’s” və "Kraft Heinz” də yer alır.
Hesabatın ən diqqətçəkən hissələrindən biri yeni alınan səhmlərdir. "Berkshire Hathaway” "Delta Air Lines”da 2,65 milyard dollar dəyərində yeni mövqe açıb. Şirkət həmçinin "Alphabet Class C” səhmlərinə 1,03 milyard dollar, "Macy’s” səhmlərinə isə 55 milyon dollar sərmayə yatırıb.
"Alphabet” üzrə artım xüsusilə diqqət çəkir. "Berkshire Hathaway” "Google”un ana şirkətindəki payını təxminən 204% artırıb. Bundan başqa, "New York Times”da mövqe 199%, "Occidental Petroleum”da 58%, "Lennar”da isə 43% artırılıb.
Şirkət bəzi aktivlərdə isə ciddi azalmaya gedib. "Constellation Brands”dakı pay 95%, "Nucor”dakı pay 39%, "Chevron”dakı pay isə 35% azaldılıb.
Tam satılan aktivlər arasında "Visa”, "Mastercard”, "UnitedHealth”, "Amazon”, "Domino’s Pizza”, "Aon”, "Charter Communications”, "Liberty Media”, "Lamar Advertising”, "Allegion” və "Diageo” yer alır.
"Visa”dakı satışın həcmi 2,91 milyard dollar, "Mastercard”da 2,28 milyard dollar, "UnitedHealth”də isə 1,66 milyard dollar olub. Şirkət həmçinin "Amazon”dakı 525 milyon dollarlıq payını da tam satıb.
Uzun illər texnologiya sektorundan uzaq duran Warren Buffett daha çox proqnozlaşdırıla bilən biznes modellərinə üstünlük verirdi. "Apple”a böyük sərmayə bu yanaşmada dönüş nöqtəsi hesab olunurdu. İndi isə "Alphabet”in portfeldə sürətlə böyüməsi "Berkshire Hathaway”in texnologiya sektoruna münasibətində daha geniş dəyişikliklərin başladığını göstərir.
Aydın
| Ən Böyük 10 Səhm |
| Sıra sayı |
Səhm adı |
Məbləğ |
| 1 |
Apple ($AAPL) |
$57.8 Milyard |
| 2 |
American Express ($AXP) |
$45.9 Milyard |
| 3 |
Coca-Cola ($KO) |
$30.4 Milyard |
| 4 |
Bank of America ($BAC) |
$25.0 Milyard |
| 5 |
Chevron ($CVX) |
$17.5 Milyard |
| 6 |
Occidental Petroleum ($OXY) |
$17.2 Milyard |
| 7 |
Alphabet ($GOOGL) |
$15.6 Milyard |
| 8 |
Chubb ($CB) |
$11.2 Milyard |
| 9 |
Moody's ($MCO) |
$10.8 Milyard |
| 10 |
Kraft Heinz ($KHC) |
$7.3 Milyard |
| Yeni Alınan Səhmlər |
| Sıra sayı |
Səhm adı |
Məbləğ |
| 1 |
Delta Air Lines ($DAL) |
$2.65 Milyard |
| 2 |
Alphabet Class C ($GOOG) |
$1.03 Milyard |
| 3 |
Macy's ($M) |
$55 Milyon |
| Ən Çox Artırılan Mövqelər |
| Sıra sayı |
Səhm adı |
Faiz |
| 1 |
Google ($GOOGL) |
+204% səhm |
| 2 |
New York Times ($NYT) |
+199% |
| 3 |
Occidental Petroleum ($OXY) |
+58% |
| 4 |
Lennar ($LEN) |
+43% |
| 5 |
Lennar Class B ($LEN-B) |
+31% səhm |
| Ən Çox Azaldılan Səhmlər |
| Sıra sayı |
Səhm adı |
Faiz |
| 1 |
Constellation Brands ($STZ) |
-95% |
| 2 |
Nucor ($NUE) |
-39% |
| 3 |
Chevron ($CVX) |
-35% |
| Portfeldən Tamamilə Çıxarılanlar |
| Sıra sayı |
Səhm adı |
Məbləğ |
| 1 |
Visa ($V) |
$2.91 Milyard |
| 2 |
Mastercard ($MA) |
$2.28 Milyard |
| 3 |
UnitedHealth ($UNH) |
$1.66 Milyard |
| 4 |
Domino's Pizza ($DPZ) |
$1.40 Milyard |
| 5 |
Aon ($AON) |
$1.27 Milyard |
| 6 |
Pool Corp ($POOL) |
$702 Milyon |
| 7 |
Amazon ($AMZN) |
$525 Milyon |
| 8 |
Heico ($HEI-A) |
$327 Milyon |
| 9 |
Liberty Media ($FWONK) |
$297 Milyon |
| 10 |
Charter Communications ($CHTR) |
$221 Milyon |
| 11 |
Lamar Advertising ($LAMR) |
$152 Milyon |
| 12 |
Allegion ($ALLE) |
|
| 13 |
Diageo ($DEO) |
$20 Milyon |
|
|
24.05.2026 |
Şərhlər