Xəbər lenti

Səssiz təhlükə: Dünyada hər il 5 milyon erkən ölümün səbəbi...
Sağlamlıq 09:00 24.05.2026

Səssiz təhlükə: Dünyada hər il 5 milyon erkən ölümün səbəbi...

Gündəlik həyatın sürəti və masa arxasında uzun saatlar keçirmək hərəkətliliyi azaldır. Mütəxəssislər sadə idman hərəkətlərinin xroniki xəstəliklərin qarşısının alınmasında həlledici rol oynadığını vurğulayır. Bəs hərəkətsizlik hansı xəstəliklərə səbəb olur və ən effektiv məşqlər hansılardır?

Qaynarinfo xəbər verir ki, hərəkətsizlik müasir həyatın "səssiz təhlükəsi” kimi ön plana çıxır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, bu vəziyyət hər il milyonlarla erkən ölümə səbəb olur. Kardiologiya və daxili xəstəliklər üzrə mütəxəssislər gündəlik gəzinti və sadə idmanla sağlamlığın qorunmasının mümkün olduğunu bildirir.

Şəhər həyatı, evdən işləmə və ekran qarşısında keçən uzun saatlar insanın hərəkətini ciddi şəkildə azaldıb. Mütəxəssislər gündəlik sürətli gəzintinin və sadə fiziki hərəkətlərin xroniki xəstəliklərin qarşısını almaqda vacib olduğunu qeyd edir.

ÜST-ün məlumatlarına görə, hərəkətsizlik hər il təxminən 3,2-5 milyon erkən ölümün yaranmasında pay sahibidir. 

Şəhər həyatı, evdən işləmə və ekran istifadəsinin artması ilə birlikdə hərəkətlilik ciddi şəkildə azalıb. Hərəkətsizlik müasir dövrün "səssiz epidemiyalarından biri” kimi qəbul edilir.

ÜST bu vəziyyəti qlobal sağlamlıq üçün əsas risk faktorlarından biri kimi qiymətləndirir. Məlumata görə, hərəkətsizlik siqaretlə müqayisə edilə biləcək səviyyədə risk yaradır.

Yürüyüş, yoxsa qaçış?



Mütəxəssislər gündə 6–8 min addımın hədəflənməsini tövsiyə edir. Onların fikrincə, bütün günü intensiv idmanla keçirmək əlavə üstünlük yaratmır, hətta həddindən artıq ağır məşqlər zərər verə bilər.

Əsas prioritet ürək-damar sistemini gücləndirən tempolu gəzinti, velosiped və üzgüçülükdür. Bunlara əlavə olaraq qısa müddətli güc və müqavimət hərəkətləri də tövsiyə olunur. Baldır əzələlərinin işlədilməsi üçün sadə daban qalxma-enmə hərəkətləri belə qan dövranını yaxşılaşdırır.

Mütəxəssislər gündə 2–3 dəfə 20–30 təkrar ilə başlamağı məsləhət görür. ÜST-ə görə, həftədə 150–300 dəqiqə orta intensivlikdə və ya 75–150 dəqiqə yüksək intensivlikdə idman etmək lazımdır.

Masa arxasında çalışanlara hər 30 dəqiqədən bir qalxıb 2–3 dəqiqə gəzmək, telefonla danışarkən ayaqüstə durmaq və lift əvəzinə pilləkən istifadə etmək tövsiyə olunur. Ev şəraitində squat, divar şınavı və plank kimi hərəkətlər faydalıdır.

Hərəkətsizlik hansı problemlərə səbəb olur?



Mütəxəssislərə görə, hərəkətsizlik immun sisteminə də mənfi təsir göstərir. Piylənmənin əsas səbəblərindən biri metabolizmanın yavaşlamasıdır. Bu vəziyyət ürək-damar xəstəlikləri, yüksək təzyiq, diabet, ortopedik problemlər və osteoporozla birbaşa əlaqəlidir.

Daimi fiziki aktivlik isə iltihabi prosesləri azaldır, infarkt riskini 20 faizə qədər aşağı sala bilir. Bəzi xərçəng növlərində də qoruyucu təsir göstərdiyi bildirilir.

Mütəxəssislər qeyd edir ki, idman "xoşbəxtlik hormonları” olan dopamin, serotonin və endorfinin artmasına səbəb olur və depressiya riskini azaldır.

İdman edərkən istədiyimizi yeyə bilərikmi?



Mütəxəssislərə görə, idman kalori yandırsa da, qeyri-sağlam qidalanmanı kompensasiya etmir. Məsələn, 30 dəqiqəlik gəzinti 150 kilokalori yandırdığı halda, bir dilim tort 300–400 kilokalori ola bilər. Buna görə balanslı qidalanma və davamlı hərəkət birlikdə olmalıdır.

Aydın
--> -->