Xəbər lenti

Qayınata Rusiyaya işləməyə getmək istəyən kürəkəni döydü:
Ölkə 14:15 27.02.2025

Qayınata Rusiyaya işləməyə getmək istəyən kürəkəni döydü: "Sənin başın üçün deyil"

Bakıda qayınata Rusiyaya işləməyə getmək istəyən kürəkənini döydüyü üçün saxlanılıb. 

Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə saxlanılmış 1967-ci il təvəllüdlü Bakı sakini B.M. barəsində Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi açılaraq, məhkəməyə göndərilib. 

Məhkmədə məlum olub ki, B.M. ilə qızı N.M.-nın həyat yoldaşı E.M. arasında sonuncunun işləmək üçün Rusiyaya getmək istədiyinə görə narazılıq yaranıb. B.M.-nın qızı anasına zəng edərək, ərinin onun istəyi olmadan Rusiyaya işləməyə gedəcəyini deyib. Telefonda qızının ağlamaq səsini eşidən B.M. kürəkəninə zəng edərək "ağıllı ol, qulağını dartaram" deyib və Rusiyaya işləməyə getməyəcəyini bildirib. Kürəkənin isə qaynataya cavabı belə olun: "Sənin başın üçün deyil".

Onun sözlərindən qəzəblənən B.M. əsəbləşərək, kürəkənin yaşadığı evə gedib və onun baş nahiyyəsindən iki yumruq zərbəsi vuraraq, sağlamlığa az ağır vurmaya aid xəsarətlər yetirib. 

Məhkəmənin qərarı ilə B.M.-ya 4 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->