Xəbər verdiyimiz kimi, Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun konsulu yol qəzasında vəfat edib.
Belə ki, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranov Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olub.
O uzun müddət diplomatik orqanlarda çalışıb, Səudiyyə Ərəbistanının səfirliyində fəaliyyət göstərib.
Qaynarinfo AZXEBER.COM-a istinadən onun fotosunu təqdim edir.
Şərhlər