Rusiyada məhkəmə icraçıları azərbaycanlı jurnalist və "Nə? Harada? Nə zaman?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərovdan "xarici agent" fəaliyyəti qaydalarını pozduğuna görə 40 min rubl məbləğində cərimə tutublar.
Qaynarinfo xəbər verir ki, bu barədə məhkəmə materiallarına istinadən "RIA Novosti" məlumat yayıb.
Məlumata görə, Əsgərov hələ də ümumi məbləği 90 min rubl olan iki digər cəriməni ödəməyib və onların icrası üzrə icraat başlanıb. Məhkəmə onu "xarici agent” kimi hesabat təqdim etmədiyinə və müvafiq işarələmə istifadə etmədiyinə görə cərimələyib.
Qeyd edək ki, bu ilin yanvarında Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb. O, 2023-cüü ilin dekabr ayında xarici agentlər siyahısına daxil edilib. Onunla bağlı ötən il Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1 (nasizmin reabilitasiyası) maddəsi ilə iş açılıb. Bu maddə üzrə maksimum cəza beş il həbsdir. Daxili İşlər Nazirliyi onu axtarışa verib, məhkəmə isə qiyabi həbs qərarı çıxarıb.
İstintaq müəyyən edib ki, Rövşən Əsgərob öz "Facebook” səhifəsində marşal Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan qəsdən yalan məlumatlar dərc edib.
Mart ayında isə Rusiya Daxili İşlər Nazirliyi (DİN) barəsində cinayət işi açılmış Rövşən Əsgərovu yenidən axtarışa verib. Məlumatda deyilir: "Xüsusi əlamətlər: yenidən axtarışa verilib. Daha əvvəl axtarışda idi…".
Aydın
Şərhlər