Xəbər lenti

Keçmiş ADR ərazisində rus dilində təhsil bərpa oluna bilə
Dünya 15:34 24.05.2026

Keçmiş ADR ərazisində rus dilində təhsil bərpa oluna bilə

Sağ-populist "Almaniya üçün Alternativ” (AfD) partiyası keçmiş Şərqi Almaniya (ADR) ərazilərində məktəblərdə rus dilinin yenidən tədris olunmasını gündəmə gətirib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "DW” nəşri partiya nümayəndələrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, AfD-nin federal Saksoniya-Anhalt torpağında keçiriləcək yerli seçkilərdə qələbə qazanmaq və hökumət formalaşdırmaq şansı var. Almaniyada təhsil siyasəti regional hökumətlərin səlahiyyətində olduğu üçün bu məsələ Berlinin deyil, yerli hakimiyyətin qərarına bağlıdır.

Keçmiş ADR tərkibinə daxil olan Saksoniya-Anhalt bölgəsində AfD-nin yerli lideri Ulrix Ziqmund Rusiyaya qarşı sanksiyaların ləğvini dəstəkləyir və seçkidən sonra digər addımlarla yanaşı məktəblərdə rus dilinin yenidən bərpasını planlaşdırdığını bildirib. O həmçinin Rusiya ilə şagird mübadilə proqramlarının bərpasını və məktəb proqramlarından "ideoloji məzmunun” çıxarılmasını təklif edir.

"Bu o deməkdir ki, son illərdə ideoloji olaraq daxil edilmiş hər şey proqramdan çıxarılacaq”, deyə Ziqmund bildirib.

"DW” qeyd edir ki, AfD həmçinin təhsil sistemində müxtəliflik proqramlarının, LGBTQ+ mövzularının və irqçiliyə qarşı maarifləndirmə kurslarının azaldılmasını və ya ləğvini dəstəkləyir.

Qeyd edək ki, Almaniya federal hakimiyyəti AfD-nin Saksoniya bölməsini "təsdiqlənmiş sağ ekstremist təşkilat” kimi tanıyıb. Buna baxmayaraq, partiya müəyyən regionlarda hələ də seçici dəstəyi qazanmağa davam edir.

Aydın
--> -->