Xəbər lenti

Kanada parlamenti Trüdo hökumətinə etimadsızlığı dəstəkləmədi
Dünya 09:59 26.09.2024

Kanada parlamenti Trüdo hökumətinə etimadsızlığı dəstəkləmədi

Kanada parlamentinin İcmalar Palatası (aşağı palatası) baş nazir Castin Trüdonun liberal hökumətinə etimadsızlıq səsverməsini rədd edib.
 
Qaynarinfo xəbər verir ki, parlamentin saytında yer alan məlumata görə, təşəbbüsün lehinə 120 deputat, əleyhinə 211 deputat səs verib.

Sentyabrın 24-də müxalifətdə olan Mühafizəkarlar Partiyası tərəfindən etimadsızlıq təklifi irəli sürülüb. Səbəb Kanadanın Yeni Demokrat Partiyasının Trüdonun rəhbərlik etdiyi Liberal Partiyaya dəstəyini geri götürmək qərarı olub. Lakin daha iki müxalifət partiyası – Kvebek bloku və Yeni Demokrat Partiyası etimadsızlıq təşəbbüsünü dəstəkləməyəcəkləri barədə dərhal xəbərdarlıq ediblər. Mühafizəkarlar hələ səsvermədən əvvəl məsələni yenidən qaldıracaqlarını bildiriblər.

Xatırladaq ki, 2021-ci ilin sentyabrında Kanadada növbədənkənar parlament seçkiləri keçirilib. Liberal Partiya 32,3% səslə seçkilərin qalibi olub. Növbəti parlament seçkiləri 2025-ci ilin oktyabrına planlaşdırılıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->