Xəbər lenti

Günəşdə güclü partlayışlar: Geomaqnit qasırğası Yerin dəniz dərinliklərinə çatıb
Dünya 16:46 17.05.2024

Günəşdə güclü partlayışlar: Geomaqnit qasırğası Yerin dəniz dərinliklərinə çatıb

Mayın 10-11-də Günəşdə güclü partlayışlar nəticəsində güclü geomaqnit qasırğası Yerin dəniz dərinliklərinə çatıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Viktoriya Universitetində "Ocean Networks Canada" (ONC) layihəsinin kanadalı tədqiqatçıları məlumat veriblər.

Kanadanın qərb və şərq sahillərində yerləşən ONC sualtı rəsədxanaları 2,7 kilometr dərinlikdə planetin maqnit sahəsinin müvəqqəti təhrifini qeydə alıb.

Ən əhəmiyyətli maqnit sürüşməsi kompas istiqamətini +30 ilə -30 dərəcə arasında dəyişib və Vankuver adasının sahillərində ONC NEPTUNE kabel rəsədxanasının bir hissəsi olan "Folger Passage" sualtı yerində qeydə alınıb.

Günəş fırtınasına görə maqnit pozuntularının aşkarlanması məlumatların keyfiyyətinin yoxlanılması zamanı baş verib. Alətlərin oxunuşlarında anomaliyalar Yerin müxtəlif bölgələrində parlaq auroralara səbəb olan geomaqnit qasırğası ilə üst-üstə düşüb.

Alimlərin fikrincə, yaxın bir neçə il indiki Günəş tsiklinin pik dövrü olacaq, ona görə də bu cür hadisələr əvvəlki illərlə müqayisədə çox tez-tez baş verəcək.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->