Xəbər lenti

Gəncədə avtomobil təcili yardım maşını ilə toqquşdu - Yaralanan var
Ölkə 21:42 27.02.2025

Gəncədə avtomobil təcili yardım maşını ilə toqquşdu - Yaralanan var

Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən  yol nəqliyyat hadisəsi baş verib.


"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Hərəkətdə olan "VAZ 21015" ilə "Fiat Doblo” markalı təcili tibbi yardım avtomobili toqquşub. Qəza zamanı 1996-cı il təvəllüdlü E.İsmayılov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.


Qeyd edək ki, qəzaya uğrayan  "Fiat Doblo” markalı təcili tibbi yardım avtomobili "Gəncə 103"ə məxsusdur.


Faktla bağlı araşdırma aparılır.



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->