Xəbər lenti

Füzulidə 77 yaşlı kişini ildırım vurub öldürdü
Ölkə 23:06 24.05.2026

Füzulidə 77 yaşlı kişini ildırım vurub öldürdü

Füzuli rayonunda bədbəxt hadisə baş verib.

APA-nın xəbərinə görə, hadisə rayonun Zobuçuq qəsəbəsində qeydə alınıb.

Belə ki, əslən Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndindən olan Əlyar Güləhməd oğlu Hacıyev at belində qoyun otararkən onu ildırım vurub.

Nəticədə 77 yaşlı kişi hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.
--> -->