Xəbər lenti

Bakıda daha bir nəfər spirtli içkidən öldü
Ölkə 11:55 27.02.2025

Bakıda daha bir nəfər spirtli içkidən öldü

Bakıda daha bir qəbul etdiyi spirtli içkidən zəhərlənərək ölüb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, fevralın 26-sı saat 19 radələrində Səbail rayonu A.İsmayılov küçəsində yaşayan 1970-ci il təvəllüdlü Z.Əliyev spirtli içkidən zəhərlənib. O, yaşadığı evdə vəfat edib.

Z.Əliyevin hansı növ spirtli içki qəbul etdiyi məlum deyil.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, son günlərdə paytaxtın Sabunçu, Suraxanı və Nizami rayonunda 20-yə yaxın şəxs texniki spirtdən zəhərlənərək ölüb. Səbaildə vəfat edən şəxsin də həmin spirtdən qəbul edib-etmədiyi hələlik müəyyənləşməyib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->