Bakıda tanışına cins it tapacağını vəd edərək ona 788 manat ziyam vurmuş şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, məhkəmə prosesi zamanı məlum olub ki, E.C. və A.R əvvəlcədən tanış olub.
A.R. tanışına pomerian şpits cinsli it almaq istədiyini bildirib. E.C. bu işdə ona köməklik edə biləcəyini deyərək 800 manat pul istəyib. A.R. tanışına müxtəlif vaxtlarda toplam olaraq 788 manat pul verib. Lakin sonradan məlum olub ki, tanışı onu aldadır.
İşə Xəzər Rayon Məhkəməsində baxılıb. E.C. Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə mühakimə edilib. Məhkəmə zamanı aydın olub ki, dəymiş zərər ödənilib və tərəflər barışıb. Bu baxımdan, təqsirləndirilən şəxsə 1500 manat cərimə cəzası təyin edib. Təqsirləndirilən şəxsin 1 gün müddətində şübhəli şəxs qismində saxlanıldığı nəzərə alınaraq onun üzərində 1400 manat cərimə cəzası saxlanılıb.
Seyid
Şərhlər