Xəbər lenti

Ekonomiks 19:19 20.12.2024

"Bahalaşma Novruz bayramına kimi davam edəcək" - Ekspert

"2025-ci ildə Azərbaycan iqtisadiyyatında əsas makro gözləntilər neftin qiyməti ilə bağlı olacaq". 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

O, bildirib ki, neftin qiyməti ucuzlaşarsa, Azərbaycan iqtisadiyyatında müəyyən dalğalara səbəb ola bilər. 

"Ən çox bahalaşma hansı sahələrdə gözlənilir" sualına Natiq Cəfərli belə cavab verib:

"Qiymətlər mövsümü xarakter daşıyır, qış aylarında daha çox bahalaşma olur. Loqistik xərclərin artmasından asılı olur, çünkü Azərbaycan idxaldan asılı bir ölkədir". 

Natiq Cəfəli vurğulayıb ki, Azərbaycan 75%-ə yaxın ərzaq ehtiyaclarımnı xaricdən təmin edir:

"Bahalaşma bir çox faktorlardan asılı olacaq. Amma indi başlanan bahalaşma dalğası Novruz bayramına kimi davam edəcək".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->