Xəbər lenti

Aİ və Çin elektromobillərinə planlaşdırılan tariflərlə bağlı danışıqlar aparacaq
Dünya 17:37 23.06.2024

Aİ və Çin elektromobillərinə planlaşdırılan tariflərlə bağlı danışıqlar aparacaq

Avropa İttifaqı və Çin Çinin Avropa bazarına idxal edilən elektrik avtomobillərinə Aİ-nin planlaşdırdığı rüsumların tətbiqi ilə bağlı danışıqlara başlamaq barədə razılığa gəliblər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.

Almaniyanın İqtisadiyyat naziri Robert Habek Çinə səfəri zamanı Avropa komissarı Valdis Dombrovskisin Çinlə tariflərlə bağlı danışıqların aparılacağı barədə məlumat verdiyini bildirib.

Daha əvvəl Çin Ticarət Nazirliyi bildirmişdi ki, onun rəhbəri Vanq Ventao və Dombrovskis Çinin elektromobil istehsalçılarına dövlət yardımı ilə bağlı Aİ-nin təhqiqatı mövzusunda məsləhətləşmələrə başlamağa razılaşıblar.

"Bu, xəbər və sürprizdir, çünki son bir neçə həftə ərzində danışıqların konkret qrafikini razılaşdırmaq mümkün olmayıb”, – Habek bildirib.

Onun sözlərinə görə, bu, ilk addımdır və daha çox iş görülməlidir.

Bir gün əvvəl Habek Çini əmin edib ki, Aİ-nin təklif etdiyi tariflər cəza deyil.

Bundan əvvəl mediada Almaniya hökumətinin AB-nin Çinin elektrik avtomobillərinə tətbiq etdiyi yeni rüsumların qüvvəyə minməsinin qarşısını almaq və ya bu tədbirləri tamamilə dayandırmaq mümkün olmadıqda, heç olmasa yumşaltmaq üçün çalışdığı barədə məlumatlar yayılıb.

Bundan əvvəl Avropa Komissiyası iyulun 4-dən Çinin elektrik avtomobillərinin idxalına  38,1%-ə qədər tariflər tətbiq edəcəyini açıqlayıb ki, bu da gözlənilən tarif səviyyəsindən xeyli yüksəkdir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->