Zəkiyevlər ailəsi övladını itirə bilər


Şabran şəhər sakini 27 yaşlı Zəkiyev Habil Teymur oğlu 3 ildir ki, kəskin böyrək çatışmazlığından əziyyət çəkir. Hazırda böyrəklərinin hər ikisi tamamilə fəaliyyətini dayandırıb. Həkimlər isə deyir ki, əgər tez bir zamanda Habilə yeni böyrək nəql edilməzsə, onun həyatını qurtarmaq mümkün olmayacaq. Dializ aparatı ilə yaşamağa məhkum olan Habil üçün donor da var. Atası Teymur Zəkiyev öz böyrəyinin övladına köçürülməsini istəyir. Əməliyyat üçün isə 15 min manat pul tələb olunur ki, buna da Zəkiyevlər ailəsinin maddi vəziyyəti əl vermir. Əgər tezliklə əməliyyat üçün tələb olunan pul yığılarsa bir ailə göz görə-görə öz övladını itirməz. Qəlbi yaşamaq həvəsi ilə çırpınan Habil Zəkiyev ümidini itirmir. İnanır ki, xeyirxah insanlar onu darda qoymayacaq.  Bank Hesabı: AZ30İBAZ33801019446077864253 Əlaqə telefonu: 070 910-03-68

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 424 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 22.02.2018, 00:08

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM