Varvara kəndinin maraqli adətləri var


Bu kənddə darvazalara köhnə ayaqqabı, müxtəlif heyvanların buynuzları asılır. Ölçüsündən asılı olmayaraq həyətlərdə belə əşyalara rast gəlmək mümkündür. Elə bu maraqlı adətdə Yevlaxın Varvara kəndində illərdir mövcuddur. Kənd sakinləri bunu gözdən, nəzərdən qorunmaq üçün asıldığını deyir. Onların sözlərinə görə əgər mənzilin girişində belə əşyalar olmazsa nəzər evə, burada yaşaynlara öz təsirinini tez göstərər. Varvara kəndinə gəlib-gedənlərin diqqətini çəkən bəd nəzərdən maraqlı qorunma üsuluna inanlarda var, əksini düşünənlər də. Kənd sakinlər onu da deyirlər ki darvazlardan asılan buynuzlar daha çox iri heyvanların buynuzları olur. Bu isə həmin mənzilə ruzi bərəkət xeyr gətirməsi üçün edilir.Köhnə ayaqqabılara gəldikdə isə inanca görə onlar bəd-nəzəri uzaq edir. Buynuzlar və istifadəyə yarasız olan ayaqqabılar həyətlərin görünən, diqqət çəkən hissələrinə asılır. Onu da bildirək ki, Varvara kəndində illərdir yaşadılan maraqlı adət sakinlərin ən çox inandığı qorunma üsuludur.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 223 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 19.02.2018, 05:38

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM