Nigeriyada silahlı hücum nəticəsində 18 nəfər öldürülüb


Nigeriyada silahlı hücum nəticəsində 18 nəfər öldürülüb. Bu barədə polis sözçüsü Məhəmməd Shehu bildirib. O qeyd edib ki, hadisə Zamfara vilayətində baş verib. Silahlı qrup vilayətin Birani kəndinə hücum edərək 18 nəfəri qətlə yetirib. Silahlıların hansı qruplaşmanın üzvləri olduqları hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır. Bölgədə əsasən çobanlarla fermerlər arasında silahlı qarşıdurmalar baş verir. Plateau vilayətində baş vermiş son silahlı hücum nəticəsində 5 nəfər öldürülüb.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 557 | Kateqoriya: OTV Xəbər / Manşet / Dünya / Hadisə / Kriminal Tarix: 19.02.2018, 05:35

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM