Çində zibil toplama məntəqəsində yanğın zamanı 9 nəfər ölüb- » OTV - İnternet Televiziyası

Çində zibil toplama məntəqəsində yanğın zamanı 9 nəfər ölüb-


Çinin cənubundakı Quandun əyalətində yerləşən zibil toplama və istismar məntəqəsində güclü yanğın baş verib. İlkin məlumatlara görə, 9 nəfər ölüb. Hadisə fevralın 17-də Sinyuan şəhərində qeydə alınıb. Yanğın zamanı daha bir nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, həyatı üçün təhlükə yoxdur. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları yanğının səbəblərini araşdırırlar. Polis artıq ilk şübhəlilərin tutulduğunu bildirib.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 390 | Kateqoriya: OTV Xəbər / Manşet / Dünya / Hadisə Tarix: 19.02.2018, 05:31

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM