Prezident İlham Əliyev Donald Trampa başsağlığı verib


Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı məktubu göndərib. dövlət başçısı Florida ştatının Parklend şəhərində məktəbdə törədilən silahlı hücum nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndiyini bildirib. Azərbaycan Prezidenti bu dəhşətli hadisə ilə əlaqədar ABŞ Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.
a

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 181 | Kateqoriya: OTV Xəbər / Manşet / Dünya / Hadisə Tarix: 16.02.2018, 06:15

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM