Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib


Bu gün Azərbaycanın xalq artisti Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. AMEA-nın mərkəzi kitabxanasında keçirilən tədbirdə mədəniyyət və turizim naziri Əbülfəs Qarayev, AMEA-nın prezidenti Akif Əlizadə və bir sıra dövlət xadimləri iştirak edib. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki , Qara Qarayevin 100 illik yubileyi çərçivəsində tədbirlər təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də keçiriləcək AMEA prezidenti, akademik Akif Əlizadə Qara Qarayevin Azərbaycan musiqinin və bəstəkarlıq məktəbinin inkişafındakı rolundan danışıb. O bildirib ki, bəstəkarın yaradıcılığı Azərbaycanda musiqişünaslıq elmi üçün qiymətli mənbə olub. Sonda isə dahi bəstəkarın əsərlərindən ibarət kompozisiya təqdim olunub.
a

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 265 | Kateqoriya: OTV Xəbər / Manşet / Mədəniyyət Tarix: 13.02.2018, 05:58

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM