Cənubi Sudanda qəsəbənin adının dəyişdirilməsi 15 nəfərin ölümünə səbəb olub-


Cənubi Sudanda qəsəbənin adının dəyişdirilməsi 15 nəfərin ölümünə səbəb olub. Cənubi Sudanın Conqley ştatında qəsəbənin adının dəyişdirilməsi üstündə yaranan münaqişə nəticəsində azı 15 nəfər ölüb. Bu barədə yerli hökumət nümayəndəsinə istinadən məlumat yayıb. Qəbilələrarası toqquşma çərşənbə günü başlayıb və cümə axşamı davam edib, 15 nəfər ölüb, 8-i yaralanıb - deyə Cakob ştatının nümayəndəsi Akeç Denq bildirib. Qəbilələrdən biri ötən ilin dekabrında kəndin adının dəyişdirilməsi üstündə düşən mübahisə nəticəsində öldürülən şəxsin qisasını almaq məqsədi ilə Kolanq-Payam (Kolang Payam) yaşayış məntəqəsinə hücum edib.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 202 | Kateqoriya: OTV Xəbər / Manşet / Dünya / Hadisə Tarix: 10.02.2018, 04:52

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM